• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1306
— 04.10.2019 11:02

Köynəyin cibinə yerləşdiriləcək kondisioner hazırlandı

Sony şirkətinin mühəndisləri tərəfindən ölçüsü smartfondan kiçik olan fərdi kondisioner hazırlanıb. Yaponiya şirkətinin əməkdaşları 85 qram ağırlığında olan yığcam daşınan kondisioneri Reon Pocket adlandırıblar. Qurğu köynəyin cibinə yerləşdirilərək insanı istidə sərinlədir, soyuqda isə qızdırır. Cihaz temperaturu 8-13 selsi dərəcə aşağı sala, yaxud yüksəldə bilir. Qurğunun akkumulyatoru 1,5 saat fasiləsiz işləmək üçün nəzərdə tutulub və enerji ilə yüklənməsinə təxminən 2 saat vaxt tələb olunur.