• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 04.10.2019 11:01

SpaceX şirkəti Marsa uçuşlar üçün raket təqdim edib

SpaceX şirkətinin sahibi İlon Mask Ay və ya Marsa və əks istiqamətdə ekipaj və yüklərin çatdırılması üçün nəzərdə tutulan Starship kosmik gəmisini təqdim edib. Texas ştatının cənubunda yerləşən SpaceX kosmodromundan canlı yayımda şirkət təsisçisi bildirib ki, kosmik gəmi əvvəlcə təxminən 20 km hündürlüyə qalxaraq kosmosda 1-2 ay qalacaq və sonra Yerə dönəcək. İ.Maskın sözlərinə görə, kosmik səyahətlərin həyat qabiliyyətliliyi üçün kosmik gəmilərdən təkrar istifadə imkanı böyük əhəmiyyətə malikdir. Şirkət yaradıcısının planına görə 2025-ci ildə Marsa pilotlu missiya göndəriləcək. Yüz nəfərədək sərnişin tutumuna malik aparatın göyərtəsində 150 ton yük daşımaq mümkün olacaq. Bu, Ay və Marsda şəhərlər salmağa imkan verəcək. Starship kosmik gəmisinin ilk sınaqlarının yaxın aylarda keçirilməsi nəzərdə tutulur.