KepezTV Player
Bakının Nərimanov rayonunda iki qadın arasında dava düşüb. Hadisə Təbriz küçəsindəki evlərin birində baş verib. 23 yaşlı Gülüstan Xudiyeva kirayədə yaşadığı evin sahibi olan 34 yaşlı Günel Məmmədova ilə mübahisə edib. Mübahisənin sonunda Xudiyeva ev sahibini döyüb. Qadın müxtəlif bədən xəsarətləri alıb. Gülüstan Məmmədova faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə şikayət edib.
- Baxış: 579