• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 27.09.2019 20:02

Sahələrdə "ağ qızıl" boldu

KepezTV Player

Goranboyda isə zərərvericilərə qarşı vaxtlı-vaxtında aparılan mübarizə, becərmə işlərinin yüksək səviyyədə təşkili sahələrdə bol pambığın yetişməsinə səbəb olub. Verilən supsidiya və məhsulun alıcısının olması rayonda pambıqçılıq ənənəsini geri qaytarmaq imkanı yaradır.

Bu il Goranboy rayonun 35 kəndində 3102 ha ərazisində pambıq əkilib. Artıq 10 günə yaxındır fermerlər ağ qızılın yığımına başlayıb və 392 ha-dan 1800 t məhsul əldə edilib. Pambığın itgisiz və vaxtında toplanılması üçün 14 kombayn sahələrdə çalışır. Bundan başqa ağ qızılın Pambıq Tədarük Məntəqələrinə daşınması üçün 90 ədəd qoşqulu traktor da fermerlərin ixtiyarındadır.

Ziyad Əhmədov - Goranboy DAİM-in direktoru: Pambıq yığımıma qədər heç bir problem yoxdu. Hər hansı şirkət və yaxud da fermer problemlə qarşılaşarsa Aqrar İnkişaf Mərkəzi olaraq biz öz köməyimizi göstəririk. Pambığın hazırda birinci növü üzrə tonu 650 manat götürülür. Bundan əlavə olaraq dövlət tərəfindən fermerlərə kömək məqsədi ilə təhvil verilən pambığın hər kiloqramına görə əlavə olaraq 10 qəpik hesablanır.Bu isə fermerlər arasında böyük əlval ruhiyyə yaradır”.

Pambıq sahələrində vaxtında kimyəvi mübarizənin, eləcə də dərmanlamanın aparılması, suvarma suyuna olan tələbatın vaxtlı-vaxtında ödənilməsi məhsulun itkisiz yığımına zəmin yaradıb. Məhz elə buna görə də bu il goranboylu fermerlər hektardan 30 sentner məhsul götürür, bu ötən ilki məhsuldarlıqdan çoxdur.

Bu il Goranboy rayonunda Türkiyədən gətirilən Flaş və Karizma pambıq sortları əkilib. Bu pambıq sortlarının bir çox üstün çəhətləri var. Belə ki, bu pambıq sortları daha çox susuzluğa davamlı, eləcə də 100-120 günə yetişir. Bu isə fermerlərin işini daha da asanlaşdırır.

Rayonda 3 Pambıq Tədarük Məntəqələri var və pambıq əkən 810 fermerin məhsulu sahələrdən bu məntəqələrə daşınır.

Firuddin Babakişiyev - Pambıq Tədarükü Məntəqəsinin direktor əvəzi: Pambığın kim gətirirsə analizi götürülür, onun nəzmliyi təyin olunur. Fermerin öz iştirakı ilə zibilliyi təyin olunur. Sonra pambıq bura qəbula gəlir. Qəbul olunur, tayaya yığılır. Nəmliyi yüksəkdisə quruduruq, normal qaydaya düşən kimi prosesə verilir. Mahlıcı ayrı, çiyidi ayrı tulantısız təsərrüfat kimi faəliyyət göstəririk )) ((K/A)) Goranboy rayonunda pambıq yığımının oktyabırın sonuna kimi başa çatdırılması nəzərdə tutulur.

 

Elnur Vahidoğlu