Yolu keçib mənzil başına çatmaq istəyənlər, sükana hakimiyyəti əldən verənlər qəzaya uğrayıb. Hadisələrin təfərrüatları nələrdən ibarətdir? İzləyək, bilək.
Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsində dəhşətli hadisə baş verib. Avtoyuma məntəqəsində çalışan Yusif adlı şəxs yumaq üçün məntəqəyə gətirilmiş “Toyota Prado” markalı avtomobili qanunsuz götürərək idarə edərkən təmir sexinin qarşısında dayanmış “Opel” markalı avtomobilə çırpıb. Nəticədə avtomobilini təmir etdirən “Opel”in sürücüsü 29 yaşlı Saleh Abdullayev maşını ilə divar arasında sıxılaraq ölüb.
Qazağın İkinci Şıxlı kənd ərazisində qəza qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən, 18 yaşlı Tamaşa Məmmədovanı və onun həmyaşıdı Gülnur Mirzəliyevanı "Tofaş" markalı avtomobil vurub. Xəsarət alan hər iki piyada Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Şirvan-Salyan şossesində velosipedçinin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Şahin Abasov idarə etdiyi “Hyundai” markalı avtomobillə qəfildən qarşısına çıxan velisopedçini vurub. Nəticədə velisopedi idarə edən Şirvan sakini, 51 yaşlı Allahverdi Rəcəbov kəllə-beyin travması alıb. Yaralı Şirvan şəhər xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirlib.
Bakının Nəsimi rayonunda, Rəşid Behbudov küçəsində də qəza baş verib. Elnur Ağamalıyev “OPEL” markalı avtomobilin idarəetməsini itirib. Maşın səkidəki dəmir dirəklərə dəyərək dayanıb. Zərbənin gücündən avtomobildə olan sərnişin xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Anoloji hadisə Yasamal rayonunda, bilisi prospektində də qeydə alınıb. Şəki şəhər sakini Rafiq İsayev "Daewoo" markalı avtomobili ilə prospektdə hərəkətdə olan zaman qəfil idarəetməni itirib. Avtomobil əvvəlcə səkiyə, daha sonra körpüyə çırpılıb. Nəticədə İsayev xəsarət alıb. Nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.
- Baxış: 677