Arıçılıqda əsas problem bal arıları arasında yayılan xəstəliklərdir. Bu sahənin sürətlə inkişafına bəzi infeksion xəstəliklərlə yanaşı, digər parazitar xəstəliklər də öz mənfi təsirini göstərir. Bal istehsalında istənilən nəticənin əldə olunmasına mane olan belə halın qarşısını almaq üçün yeni müasir üsulların işlənməsi vacibdir. Bu məqsədlə xüsusilə Rusiya ilə əməkdaşlıq edilir. Rusiyalı mütəxəssislərin qərb bölgəsinin arıçıları ilə görüşündə xəstəliklərə qarşı bioloji mübarizə vasitələri təqdim olunub. Ekoloji cəhətdən təmiz dərmanların bal istehsalında vacib olduğu diqqətə çatdırılıb. Xəstəliklərin ləğv edilməsi və qarşısının alınmasında yeni müalicə və profilaktika tədbirləri təklif olunub.
Tamara Bespalova arı xəstəlikləri üzrə mütəxəssis: Arı təsərrüfatlarını gəzdik, ekoloji və epizootik vəziyyətlə tanış olduq. Sizdə iqlim bizimkindən fərqli olaraq istidir. Dövlət səviyyəsində ekoloji təmiz məhsulların istehsalı üzrə proqram hazırlanır. Bu arıçılıq məhsullarına, bala da aiddir. Bizim də hazırladığımız preparatlar təmiz xammal əsasında hazırlanır. Bu preparatların sınağı üçün sizdə yaxşı mühit var. Ona görə də əməkdaşlıq barədə düşünürük ki, bizim preparatların burada tətbiqi ilə alınan yaxşı məhsul xaricdə də dəyər alsın.
- Baxış: 932