• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1665
— 23.09.2019 16:23

Peyvəndləmə tədbirləri aparılır

KepezTV Player

Goranboyda iri və xırda buynuzlu heyvanlar arasında yoluxucu xəstəliklərə qarşı lazımi vaksin bölgüsü aparılıb və peyvəndləmə tədbirinə başlanılıb. Rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Artıq baytarlar tərəfindən 220 mindən çox xırda, 41 min başdan çox iribuynuzlu heyvan dabaq və qarayaraya qarşı peyvənd ediblər. Tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Həmçinin xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.