• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1741
— 20.09.2019 20:11

Qərb derbisində tovuzlular sevindi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib. İlk oyun günü qərb derbisiylə əlamətdar olub. Turan Tovuz evdə Kəpəzi qəbul edib. Bu mövsümə yaxşı başlayan meydan sahibləri yenilməzlik seriyasını gəncəlilərlə oyunda da davam etdiriblər. İlk yarısı qolsuz tamamlanan qarşılaşmanın 61-ci dəqiqəsində qol səsi eşidilib. Turanın heyətində Sənan Qocayev fərqlənərək komandasını önə keçirib. 5 dəqiqə sonra sarı-göylər ikinci topu qapılarından çıxarmalı olublar. Bu dəfə Elçin Qasımov diqqət mərkəzinə düşərək Turan Tovuza 2 cavabsız qolla qələbə qazandırıb. Bu qələbəylə Azər Bağırovun komandası xallarının sayını 12-yə yüksəldərək vahid liderliyini qoruyub.

 

Orxan Cəfərzadə