• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1037
— 19.09.2019 17:38

Turan Bayramovun mundiala yollanır

KepezTV Player

Gəncə cüdoçuları yeniyetmələr arasında keçiriləcək dünya birincliyində iştirak edəcəklər. Sentyabrın 25-də Qazaxıstanda startı veriləcək yarışa qatılacaq Azərbaycan yığmasının heyətində Nizami yurdunun iki idmançısı yer alıb. Oğlanların mübarizəsində Turan Bayramov, qızlar arasında Könül Əliyeva medallar uğrunda mübarizə aparacaq. Turan 60, Könül 44 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Komanda yoldaşı ilə müqayisədə Bayramov daha titullu cüdoçu olduğundan onun Orta Asiya ölkəsində mükafat qazanacağına inam böyükdür. Belə ki, Xanəhməd Rzazadənin yetirməsi bu il bir sıra mötəbər yarışların qalibi olub. Bu mənada o, Çexiyada Avropa Kubokunun,  Polşada Avropa birinciliyinin və Bakıda reallaşan Avropa Gənclər Yay Olimpiya Festivalının qızıl medalını qazanıb. 

Azad Rəfi