• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1059
— 18.09.2019 17:38

“Kəpəz” qərb derbisinə hazırdı

KepezTV Player

“Kəpəz” qərb derbisinə hazırlığı başa vurub. I Divizionda IV turun oyunları çərçivəsində “Turan Tovuz”un qonağı olacaq Gəncə klubu bu gün keçirdiyi son məşqlə qarşıdakı görüşün çalışmalarını tamamlayıb. Şəhər stadionunun əsas meydançasında keçirilən hazırlıq prosesində futbolçular məşqçilər korpusunun təlimatlarına əsasən, verilən tapşırıqlar üzərində işləyiblər. Çempionatda ilk 3 turdan sonra “sarı-göylər” turnir cədvəlində 3 xalla 10-cu öillədə qərarlaşıb. Komanda bütün oyunları heç-heçə başa vurub. Gəncəlilərin rəqibi isə hər 3 görüşdə qələbə qazanıb. Tovuz klubu 9 xalla dizivionun lideridir. Xatırladaq ki, tərəflər arasında ötən mövsüm keçirilən matçlarda komandalar səfər oyununda qalib gəlib. Sonda qeyd edək ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşması sentyabrın 19-u saat 15:30-da başlayacaq.

Azad Rəfi