• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 712
— 02.09.2019 19:01

Gəncədə kikboksinq yarışı keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin kikboksinq üzrə açıq birinciliyi keçirilib. Yarış “Kikboksinq narkomaniya və uşaq cinayətkarlığına qarşı” devizi altında təşkil olunub. Ənənəvi birinciliyin açılış mərasimində Gəncə kikboksinqçilərinin 1992-ci ildən bəri dünya, Avropa çempionatlarında və beynəlxalq turnirlərdə yüksək nailiyyətlər qazandığı bildirilib. Potensiallı idmançılar və bacarıqlı məşqçilərin sayəsində illərdir ki, nəticələrin davamlı olduğu qeyd olunub. Rəsmi hissədən sonra birinciliyə start verilib. Bununla da mükafatlar uğrunda 25 komandanın 310 idmançısı mübarizəyə qoşulub. Yarışda Gəncə təmsilçiləri ilə yanaşı, Mingəçevir, Bərdə, Naftalan, İmişli, Ağcabədi, Yevlax, Samux, Göygöl, Samux və Kəlbəcər döyüşçüləri də qüvvəsini sınayıb. Birinciliyin nəticələrinə əsasən, fəxri yerlərdə qərarlaşan kikboksinqçilər medal, diplom və kubokla təltif olunub.

 

Azad Rəfi