Meşələrin yanğın təhlükəsinə qarşı Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzi və 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi nəzarətini həyata keçirdiyi Hacıkənd və Göygöl meşəliyində reyd keçiriblər. Məqsəd əraziyə istirahətə gələn vətəndaşları eləcə də meşəlik ərazidə fəaliyyət göstərən iaşə obyektlərində çalışan işçiləri yanğın təhlükəsi ilə bağlı marifləndirmək olub. İsti hava şəraiti və nazərətsiz tonqaların qalanması yanğın təhlükəsinin başlıca səbəbləri olduğundan hər iki idarənin əməkdaşları günün 24 saatı ərazini tam nəzarətdə saxlayırlar. Müxtəlif yerlərə yanğına qarşı xəbərdaredici lövhələr yerləşdirilib. Bununla belə ekoloqlar reyd zamanı da əraziyə gələn turistlərə nazirliyinin təşəbbüsü ilə hazırlanan marifləndirici bukletlər paylayıblar. Meşələrin qorunmasında aparılan gücləndirilmiş nəzarət yay mövsümü başa çatanadək davam etdiriləcək.
Elnur Namazlı - 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı: Bildiyiniz kimi havaların quraq və isti keçməsi ilə əlaqədar meşə və çpl ərazilərində yanğın halları tez-tez müşahidə olunur. Bundan əlavə əsas faktorlardan biridə insan faktorudu. İnsanların ətraf mühitin mühafizəsi qanunlarına düzgün riayət etməməsi, meşə ərazilərində kibrit və digər yandırıcı vasitələrdən istifadə etməsi, siqaret kötüklərinin hara gəldi atılması və meşəyə yaxın ərazilərdə əkin sahələrinin yandırılması ilə əlaqədar meşələrdə də istənilməz yanğınlar baş verir.
Mirzə Vəliyev - turist: Əlbəttə ki, ehtiyyatlı olmaq lazımdır, qorumaq lazımdır. Bu bizim sərvətimizdir. Mən özümdə buraya istirahətə gəlmişəm, çox gözəl yerdi. Fəxr edirəm mən Azərbaycanımızla ki, belə təbiyyətimiz var.
- Baxış: 598