• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 27.08.2019 20:40

Gəncədə idman müəllimləri üçün təlimlər keçirilir

KepezTV Player

Gəncədə “TOPs – fiziki tərbiyə sahəsində müasir təhsil texnologiyasının yaradılması” layihəsi çərçivəsində təlimlərə start verilib. Proqramın əsas məqsədi ümumtəhsil məktəblərində fiziki tərbiyə fənnini tədris edən müəllimləri müasir təhsil texnologiyaları ilə təmin etmək və bununla da şagirdlərin hərəkət bacarıqlarını inkişaf etdirən əlverişli mühitin yaradılmasına, eyni zamanda onların təhsil aldıqları müddətdə fiziki-psixoloji sağlamlığının qorunmasına imkan yaratmaqdır. Gəncədə ilk olsa da, “TOPs” layihəsi ölkəmizdə 6-cı mövsümdür ki, tətbiq olunur. Daha öncə bu proqram Bakı, Sumqayıt, Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın, Qubadlı eləcə də digər şəhər və rayonların ümumtəhsil məktəblərini əhatə edib. Gəncədə bu layihəyə şəhərin bütün ümumtəhsil məktəblərindən 200-ə yaxın müəllim qoşulacaq.

Azad Rəfi