KepezTV Player
Göründüyü kimi bəzən ağla gəlməyən çox şey başa gəlir. İnsanın heç ummadığı bir vaxtda problemlə üzləşməsi mümkünə çevrilir. Elə Cəlilabad rayon sakinin başına gələnlər də bu deyilənləri təsdiqləyir. Sağlamlığının arxasınca gedən qız onu itirməli olub. Dişini çəkdirmək istəyən zaman komaya düşüb. Rayon sakini, 28 yaşlı Şahbazova Könül Bavədar qızı stamatoloji məntəqələrdən birinə gedib. Məntəqədə çalışan Musa adlı həkim lazımı nahiyəni keyitmək üçün ona ard-arda 3 iynə vurub. Şahbazova dişi çəkilən zaman huşunu itirib. Vəziyyəti ağırlaşdığından Cəlilabad mərkəzi rayon xəstəxanasına çatdırılıb. Lazımi tibbi müdaxilədən sonra komadan ayılsa da, həkimlər səhhətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 614