Şəmkirdə kartof yığımı davam edir. Fermerlər əvvəlki illərlə müqayisədə bu il məhsulun bol olduğunu deyirlər. Paytaxt və respublikanın digər bölgələrinin bazarlarında kiyafət qədər alıcısı olan Şəmkir kartofunu saxlamaq üçün rayonda müasir tələblərə cavab verən soyuducu anbarlar da yaradılıb. Əməkdaşımız Natiq Hüseyn Şəmkirdə kartof yığımı prosesini izləyib.
Məhsulun bolluğu və alıcılarının kiyafət qədər olması Şəmkirli təsərrüfatçıları sevindirməyə bilməz. İndi gündəlik 100-dən çox sakin sahələrə cəlb olunaraq kartofu vaxtında və itkisiz yığmağa çalışır.
Ceyran Əliyeva – işçi: “Sahəmizdə məhsulumuz boldur. Biz çalışırıq məhsulumuzu vaxtında yığaq, çörək pulu qazanaq. Allah var etsin”.
İllərdir kənd təsərrüfatı ilə məşğul olan sahibkar Tahir Hüseynov hər il öz kartof sahəsini bir qədər genişləndirir. Sahibkar deyir ki, istər rayonda, istərsə də paytaxtda “İkinci çörək” hesab edilən bu məhsulun kifayət qədər alıcısı var. Qalır dövlətin yaratdığı imkanlardan maksimum yararlanıb aqrar sektoru inkişaf etdirmək.
Tahir Hüseynov – sahibkar: Cənab prezidentin aqrar sahədə apardığı islahatları biz də dəstəkləmişik. Bu gün Şəmkir sahibkarlarının bir töhvəsidir ki, yüksək məhsul almaq və bolluq yaratmağı qarşımıza məqsəd qoymuşuq”.
Hazırda Şəmkir rayonunda Tahir Hüseynova məxsus, 2500 ton tutumu olan soyuducu anbar da var. Sahibkarın sözlərinə görə, soyuducu kameralardan tək özü deyil, digər təsərrüfatçılar da səmərəli şəkildə istifadə edirlər. Təlabatı nəzərə alan Hüseynov növbəti il soyuducu anbarı böyütmək haqqında düşünür.
Tahir Hüseynov – sahibkar: Biz planlaşdırırıq ki, gələn il üçün anbarımızı 5 min tona çatdıraq. Və digər məhsulları – soğan, kartof və meyvələri də saxlamaq üçün imkan yaradaq.
Şəmkir Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin məlumatına görə, 2018-ci ildə rayonun müxtəlif ərazilərində 6499 hektar kartof əkilib, 116 min 306 ton məhsul götürülüb. Bu il məhsuldarlığın 120 min tona çatacağı pronozlaşdırılır.
Kamil Yusifov - Şəmkir Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: “Əvvəlki illərlə müqayisədə kartofçuluqda naliyyətimiz böyükdür. Hazırda hər hektardan 34-35 sentner məhsul götürmək olur. Daimi fermerlərin yanında oluruq, onlara öz dəstəyimizi göstəririk”.
Şəmkirdə kartofun yığımı ilə yerində tanış olan rayon rəhbərliyi fermerlərin qayğı və çətinlikləri ilə maraqlanıb. Yarana biləcək hər hansı bir problemin vaxtında aradan qaldırılması üçün aidiyyatı struktur rəhbərlərinə konkret tapşırıqlar verilib. Fermerlər hər hansı çətinliklə qarşılaşmadıqlarını, kiyafət qədər işçi qüvvəsi və texnkinanın olmasından məmumnluqlarını bildiriblər. Hava şəraiti imkan verərsə, aran bölgəsində kartof yığmının avqust ayının ortalarında başa çatdırılması planlaşdırılır.
Natiq Hüseyn
- Baxış: 978