KepezTV Player
Ağstafada isə vətəndaşa məxsus ev əşyaları ilə birlikdə külə dönüb. Hadisə rayonunun Yuxarı Göycəli kəndində qeydə alınıb. Alov kənd sakini İlqar Əliyevə məxsus, ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evi tamamilə yararsız hala salıb. Əraziyə yanğınsöndürənlər cəlb olunublar, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib. Hadisə zamanı yüngül xəsarət alan evin gəlini, 29 yaşlı Ceyran Əliyeva Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Ona ilkin tibbi yardım göstərilib. Yanğının səbəbləri araşdırılır.
- Baxış: 524