Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.07.2019 16:34
Gəncəli idmançılar Olimpiya Festivalında iştirak edəcəklər
KepezTV Player
Bu gündən Azərbaycanda daha bir nüfuzlu yarış start götürür. Ölkəmiz bu dəfə Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edəcək. 8 gün davam edəcək festivalda ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı iştirak edəcək. 10 növ üzrə baş tutacaq mübarizələrdə Gəncənin 4 idmançısı qüvvəsini sınayacaq. Bunlar güləşçilər Murad Haqverdiyev və Gültəkin Şirinova, cüdoçu Turan Bayramov və atlet Vahid Kərimovdur. Nizami yurdunun yetirmələrinin fəxri kürsüyə yüksələcəklərinə inam böyükdür.
Orxan Cəfərzadə
- Baxış: 987
