KepezTV Player
Ölkədə ilk dəfə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılacaq. Seleksiya işlərinin təkmilləşdirilməsi məqsədi daşıyan bu addımla yeni məhsuldar bitki sortları əldə ediləcək. Laboratoriyanın qurulması nüvə texnologiyalarından istifadə ilə becərilən bitkilərin tədqiqi baxımından əhəmiyyətlidir. Təşəbbüs “Azərbaycanda pambıq sortlarının yaradılmasında nüvə texnologiyasının tətbiqi” layihəsinin tərkib hissəsidir.
- Baxış: 862