Bakı - Qazax- gürcüstan avtomagistralının Qazağın Çaylı kəndinin ərazisindən keçən hissəsində qəza qeydə alınıb .Sınıq körpü istiqamətində hərəkətdə olan Mercedes markalı avtomobil yol kənarında olan yeməkxananın divarına çırpılıb, nəticədə divar uçub. Dərhal əraziyə fövqəladə hallar nazirliyinin Qazax rayon Xüsusi Riskli Xilasetmə dəstəsinin əməkdaşları, eləcə də təcili tibbi yardım avtomobilləri cəlb edilib. Deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılan yaralılar- Qazax sakinləri 34 yaşlı Rasim Allahverdiyev, həmyaşıdı Pərviz Mustafayev, Elvin Əhmədov və Elnur Abışov Qazax diaqnostika mərkəzinə çatdırılıblar. Həkimlər yaralıların spirtli içki qəbul etdiklərini müəyyən ediblər.Faktla bağlı aidiyyəti qurumlarda araşdırma aparılır.
- Baxış: 576