Mercedes-Benz Sprinter ən universal furqonlardan sayılır. Onu marşrut maşını kimi görməyə alışmışıq. Avstraliyanın Trakka atelyesinin mütəxəssislərisə onu avto-ev ediblər. İndi bu Sprinterdə mətbəx, tualet, yataq otağı və iki kameralı soyuducu gözə dəyir. 7 metrlik mikroavtobusda səyahət edənlər üçün bütün şərait var: iki yerlik yataq, məişət avadanlıqları ilə mətbəx və tualeti olan vanna otağı. Tualet və vannaya su 140 litrlik çəndən tökülür. Jabiru Sprinter Camper Van ev maşınında 300 kVt-lıq günəş elektro-stansiyası da var. Onunla 200 amper saat həcmli litium-ion batareyanı, şüşə keramika plitəsi, mikrodalğalı soba və digər avadanlıqları enerjilə təmin etmək mümkündür. Salon dizel yanacaqla isidilir, yeri gəlmişkən motor da 188 at güclü turbodizeldir. Əlavə ödəniş hesabına ikinci kondisioner quraşdırmaq olar. Jabiru-nun ən maraqlı xüsusiyyəti çöl tərəfə də açıla bilən iki kameralı soyuducusudur. Jabiru Sprinter Camper Vanın qiyməti 125 600 dollardan başlayır. 4Matic versiyasına görə daha 14 000 dollar ödəniş edilməlidir.
- Baxış: 788