Renault şirkəti yeni Koleos avtomobilini ictimaiyyətə göstərib. Krossoverin görünüşü bir qədər dəyişib, yeni texnologiyalı oturacaqlar qazanıb və yeni dizel motorlar əldə edib. Bu Renault Koleosu köhnəsindən daha çox fərqli ön hissəsinə görə ayırd etmək olar: radiator barmaqlığı və bamper. Arxada təkmilləşmiş stop-siqnal və xromlaşmış dekor peyda olub. Krossoverin motor qammasında indi 1,7 və 2,0 litrlik seçmə katalitik konvertorlu dizel mühərriklər tapmaq olar: kiçiyi 150 at gücü, böyüyü 190 at gücündədir. Hər ikisi X-Tronic variatoru ilə birləşir. İki litrlik hətta All Mode 4×4 ötürücü sistemlə vəhdət təşkil edə bilər. R-Link2 mediasistemi isə horizontal və ya şaquli ekranla təchiz oluna bilər. O, Apple CarPlay və Android Auto-nu dəstəkləyir. Yeni Koleosun qiyməti bilinməsə də satışlar oktyabrdan başlayacaq.
- Baxış: 632