• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3139
— 13.06.2019 20:19

Gəncədə "Gənc qızların Bahar - 2019 kuboku"na yekun vurulub

KepezTV Player

5 idman növünü əhatə edən yarışlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Gəncə şəhərinin 2019-cu ilin Avropanın İdman şəhəri seçilməsi münasibəti ilə təşkil edilib. Bahar kubokunun yekunlarına əsasən, mükafatlandırma mərasimi keçirilib. Tədbirdə çıxış edənlər qızlar arasında bu cür yarışların düzənlənməsini müsbət hal kimi qiymətləndiriblər. Kubok uğrunda mübarizədə Gəncədə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərinin komandaları çıxış edib. Tələbələr futbol, voleybol, badminton, şahmat və dama üzrə yarışlarda güclərini sınayıblar.  Bahar kubokunda Gəncə Dövlət Universitetinin komandası 1-ci, Regional kollec 2-ci, Musiqi kolleci isə 3-cü yerə layiq görülüb. 

Orxan Cəfərzadə