Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümünü münasibətlə “Vətənə xidmət – andımız, amalımızdır!” şüarlı bayraq yürüşü təşkil edilib. Dövlət müstəqilliyinin rəmzi və hər bir azərbaycanlının qürur mənbəyi olan, 5 km 100 m uzunluqda Dövlət Bayrağını irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyət çiyinləri üzərində daşıyıblar. Yürüş iştirakçılarının önündə gedən Qarabağ atlarının sərhədçi süvariləri dövlət bayrağını başları üzərində ucaldıblar. Yürüş boyu yerləşdirilmiş zirehli döyüş texnikalarında dövlət bayrağının dalğalandırılması, bayraqdakı səkkiz guşəli ulduzu tərənnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib. Bu bayraq yürüşü ilə Azərbaycan sərhədçiləri dahi öndər Heydər Əliyevin uca xatirəsini və milli dövlətçilik ənənələrinə sadiqliklərini, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.
- Baxış: 343