• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1735
— 11.06.2019 14:08

Gəncə karateçilərinin Buxarest zəfəri

KepezTV Player

Gəncə idmançıları Rumınyada keçirilən Dünya Şotakan Karate-do Federasiyasının 10-cu dünya çempionatında uğurla iştirak ediblər. Milli komandanın tərkibində yarışa qatılan karateçilər çempionatın müxtəlif əyarlı medallarını qazanıblar.

Əməkdar məşqçi Əziz Əzizovun 5 yetirməsi Buxaretsdə reallaşan mundialda 40-a yaxın dövlətdən olan 1600 idmançı ilə mübarizədə mükafatlara yiyələnib. Əldə olunan medallardan ikisi qızıl, ikisi gümüş, biri isə bürünc olub.

Yeniyetmələrin birinciliyində 52 kq çəki dərəcəsində Fərid Savadov, gənclər arasında 76+ kq-də Ayxan Abbasov bütün döyüşlərini qələbə ilə başa vuraraq dünya çempionu olub.

Böyüklər arasında vuruşan Gəncə karateçilərinin hər ikisi yarışda ikinci yeri tutub. Röyal və Cəlal Əliyevlər yalnız finalda uduzaraq fəxri kürsüyə yüksəlib. 

Gəncə adına dünya çempionatının bürünc medalını veteranların mübarizəsində Mahir Məmmədov qazanıb. 

Bu idmançıların bəziləri üçün Rumınyadakı mundial ilk böyük yarış və medal olmayıb. Belə ki, Fərid Savadov 5-ci, Ayxan Abbasov isə ardıcıl 2-ci dəfə dünya çempionu titulunu qazanıb.

Azad Rəfi