• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 12.06.2019 10:03

Yer sakinlərinə xəbərdarlıq: Günəşin temperaturu kəskin artdı

Mütəxəssislər bildiriblər ki, son zamanlar Günəş səthinin temperaturu elmi ictimaiyyəti çox narahat edir. Ekspertlərin fikrinə görə, ulduzun bu cür yüksək temperaturu yer üzündə həyat üçün təhlükəli ola bilər. Mütəxəssislər Günəşin vəziyyətini mütəmadi olaraq müşahidə etməklə, orada baş verən dəyişikliklər barədə hər zaman məlumat ala bilirlər. Bu yaxınlarda, ekspertlər Günəşin səthinin temperaturunda kəskin artım qeydə alıblar. Onların məlumatlarına görə, 5505 dərəcə Selsi ilkin temperaturla Günəş belə tezliklə bu qədər qıza bilməz, lakin əldə edilən göstəricilər əksini göstərir. Alimlər Günəşin temperaturu artarsa, planetimizin alov şəkilli şüalarla məhv ola biləcəyindən narahatdırlar. Lakin, yaxın 1-2 milyard il ərzində Günəşin səthinin bu qədər qızması ilə bağlı təşvişə ciddi əsas yoxdur. Hələlik Yer kürəsində, bu halla bağlı təhlükə qeydə alınmayıb.