KepezTV Player
Şəkidə çörək bişirən qadın təndirə düşərək yanıq xəsarətləri alıb. Hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Kənd sakini, 53 yaşlı Fərqanə Ələsgərova bədəninin müxtəlif nahiyələrinin yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onun bədəninin 70% hissəsi yanıb. Fərqanə Ələsgərova müalicəsini davam etdirmək üçün Bakı şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
- Baxış: 542