• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1636
— 07.06.2019 12:47

Xiaomi Redmi K20 Pro təqdim edilib

Çinin Xiaomi şirkəti Redmi K20 Pro smartfonunu təqdim edib. Redmi K20 Pro aparıcı Galaxy S10, OnePlus 7 Pro və LG G8 ThinQ modellərində də istifadə olunan güclü Qualcomm Snapdragon 855 prosessoru ilə təchiz edilib. Smartfonun əsas versiyası 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Bundan başqa, yeni modelin 128 giqabayt quraşdırılmış yaddaşlı versiyaları və nisbətən daha güclü - 8 giqabaytlıq operativ və faylların saxlanılması üçün 256 giqabaytlıq versiyaları mövcuddur. Akkumulyator tutumu 4 min milliamper/saat təşkil edir. Smartfon 80 dəqiqəyə enerji doldurmağa imkan verən sürətli funksiya ilə təchiz olunub.

K20 Pro smartfonu 6,4 düym diaqonallı AMOLED ekrana malikdir. Həmçinin qurğu 20 meqapikselli ön və 48 meqapiksel obyektivli əsas kamera ilə təchiz edilib. Bundan əlavə, əsas kameranın bloku iki obyektivə malikdir: onların biri ikiqat optik böyütmə və 8 meqapiksel təsvir ölçüsü, ikincisi isə 127 dərəcə çəkiliş imkanı ilə enlibucaqlı obyektiv və 13 meqapiksel təsvir ölçüsündədir. Artıq satışa çıxarılan K20 Pro smartfonunun təsir bağışlayan xüsusiyyətlərinə baxmayaraq onun ən ucuz versiyasının qiyməti 361 dollar, ən bahalısının isə 434 dollardır. Modelin xarici bazarlara çıxarılacağı barədə məlumat verilmir.