• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 07.06.2019 11:02

Elektrikli Mini maşını Boeing təyyarəsini dartıb apardı

Elektriklə işləyən Mini Cooper SE prototipi 150 tonluq yük təyyarəsini dartıb aparıb. Frankfurt aeroportunda qeydə alınan bu maraqlı hadisə ilə avtomobilin yeni imkanları nümayiş etdirilib. Onun üzərində BMW Group və Lufthansa Cargo şirkətləri çalışıblar. Video çarxda Mininin çəkib apardığı təyyarə Boeing 777F adlanır və ötən il məhz onun göyərtəsində BMW Vision iNEXT konseptinin təqdimatı keçirilmişdi. Frankfurt aeroportu ərazisində bir qədər hərəkət etdikdən sonra maşını təyyarəyə yükləyiblər. MINI Cooper SE-nin istehsalı noyabrdan başlayacaq. Elektrokar Oksforddakı BMW zavodundan buraxılacaq. Model 184 at güclü electromotor və 42,2 kilovatt-saatlıq batareya ilə təchiz olunub. Bir dəfəlik enerji ilə o, 300 kilometr qət edə bilir.