• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1289
— 07.06.2019 18:19

17 azarkeş qrupu! 1 hədəf, 1 məqsəd!

KepezTV Player

17 azarkeş qrupu! 1 hədəf, 1 məqsəd! Bu futbol üzrə Azərbaycan millisinə Avropa çempionatının seçmə mərhələsində dəstək verəcək fanatların devizlərindən biridir. 4 gün ərzində E qrupunda iki görüş keçirəcək yığmamızı tək qoymayacaq azarkeş qrupları “bu dəfə külüngü bir yerə, birlikdə vuracağıq” şüarı ilə birləşərək millimizə dəstək olacaqlar. Bu məqsədlə fanatlar reklam çarxı da çəkərək sosial şəbəkələrdə çağırış ediblər. 17 müxtəlif fanklubun arasında Gəncədə fəaliyyət göstərən “ultrAslan”, “Gəncə Kartalları”, “Xəmsə” və “Kəpəz Ultras” da var. Qeyd edək ki, yığmamız sabah Macarıstanı, iyunun 11-də isə Slovakiyanı Bakıda qəbul edəcək. Hər iki görüş 8-ci km qəsəbə stadionunda oynanılacaq.