Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.06.2019 18:12
Qəbiristanlıqdan güldan oğurlayanlar tutulub
KepezTV Player
Gəncədə oğurluq faktının üstü açılıb. Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki 3 həyətyanı sahədən su mühərriki, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları, habelə qəbirlərin üzərində quraşdırılmış 3 ədəd alüminium güldanı oğurlamaqda şübhəli bilinən Gəncə sakini İ.Hümbətov və Goranboy rayon sakini E.Cəfərov saxlanılıb.
- Baxış: 1035
