KepezTV Player
Tovuz rayonunda ana doğuş zamanı ölüb.İbrahimhacılı kənd sakini, 21 yaşlı Aytac Tağıyeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb və qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib. Bir müddət sonra qadının vəziyyəti pisləşib və həyatını xilas etmək mümkün olmayıb. Körpənin vəziyyətinin isə yaxşı olduğu bildirilir. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 603