Gəncə şəhər əhalisinin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr abonentlərin su sarıdan problemlərini tam həll edəcək. Bu barədə Meliorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə Gəncə Su-kanal törəmə səhimdar cəmiyyətində keçirilən tədbirdə səsələndirilib. Şəhərdə su-kanalizasiya xəttlərinin yenilənməsi layihəsinin icrasından söz açılıb, prosesin mərhələli şəkildə davam etdiyinə diqqət çəkilib. Layihə başa çatdıqdan sonra Gəncə şəhəri 24 saat ərazində fasiləsiz ağ su ilə təmin olunacaq. Tədbirdə suya qənaət etmək məqsədilə Gəncə Su-kanal törəmə səhimdar cəmiyyət tərəfindən aparılan sayğaclaşmadan və cari təmir işlərindən danışılıb. Görüşdə su təsərrüfatı sahəsində səmərəli fəaliyyət göstərən bir qrup şəxs təltif olunub.
Xaliq Qurbanlı
- Baxış: 543