KepezTV Player
Gəncə şəhərinin 3-cü mikrorayon ərazisində yaşlı kişi tut yığarkən hündürlükdən yıxılıb. 50 yaşlı Xatır Rzayev yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Müxtəlif bədən xəsarətləri almış yaralı dərhal Gəncə şəhər TTYX-nin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan özəl klinikalarından birinə aparılıb. Həkimlərin cəhdinə baxmayaraq kişi vəfat edib.
- Baxış: 778