• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 03.06.2019 10:03

Bağlamaların çatdırılması üçün gəzən robotlar yaradılıb

ABŞ-ın Agility Robotics startapı bağlamaların çatdırılması üçün Digit adlı yeriyən robotlar yaradıb. 2020-ci ildən yeni kuryerlərin sınaqlarına başlamaq planlaşdırılır. Robotlar şəhərdə ABŞ-ın Ford istehsalçısı tərəfindən təqdim ediləcək avtonom avtomobillərlə hərəkət edəcəklər. Testlərə 100-ə yaxın avtomobilin cəlb olunması nəzərdə tutulur. Pizza, ərzaq və digər məhsullar çatdıracaq gəzən Digit robotları 18 kq ağırlığında yükqaldırma qabiliyyətinə malikdirlər. Onlar məsafəölçən lidar və stereokameralarla təchiz edilib. Problemlərin yaranacağı təqdirdə kuryerlər texniki dəstək əməkdaşları ilə məsafədən əlaqə saxlayacaqlar. Hazırda mütəxəssislər robotların «yuxu» rejimindən gec çıxması probleminin həlli ilə məşğuldurlar. Onlar hələlik işə salındıqdan sonra 30 saniyə ərzində düzgün işləmirlər. Digit robotlarının hazırlanmasına 8,8 milyon dollar cəlb edən Agility Robotics şirkəti artıq onların iki ədəd birinci nəslini buraxıb. Yayın əvvəlində startap tərəfindən robotların ikinci nəslinin təqdim edilməsi planlaşdırılır. 2021-ci ilədək isə ildə 50-100 robotun buraxılacağı gözlənilir.