Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.05.2019 19:02
Sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan millisi Göygöldə keçirdiyi təlim-məşq toplanışını başa vurub
KepezTV Player
İki həftə müddətini əhatə edən toplanış dövründə pəhləvanlar həm fiziki, həm də taktiki-texniki çalışmalar üzərində işləyiblər. Hazırlıq prosesi gələn ay Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq xarakteri daşıyıb. Yeri gəlmişkən, bu yarış üçün açıqlanan ilkin heyətdə 6 çəkidə eyni sayda güləşçi yer alıb. Belarusda ölkəmizi Mahir Əmiraslanov, Hacı Əliyev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Camaləddin Məhəmmədov təmsil edəcək.
Orxan Cəfərzadə
- Baxış: 757
