• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2042
— 30.05.2019 16:55

ASAN xidmət 1 ay ərzində Tovuzda sakinlərə xidmət göstərəcək

KepezTV Player

Gəncə ASAN xidmət Mərkəzinin səyyar xidmət məntəqəsi 1 ay ərzində Tovuzda sakinlərə xidmət göstərəcək. Səyyar xidmətlər çərçivəsində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, məhkumluq barədə arayışların verilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı kimi xidmətlərdən rahat və asan şəkildə istifadə etmək mümkün olacaq. Səyyar ASAN-n xidmətlərinə Tovuzla yanaşı ətraf rayonların sakinləri də müraciət edə bilər.

Mehrac Cabbarlı Səyyar ASAN-ın qrup rəhbəri:“ Xidmət apardığımız bu iki həftə ərzində 4 minə yaxın vətəndaş müraciəti daxil olub. Vətəndaşların müraciəylərində sıxlıq müşahidə olunur. Əsasən notariat fəaliyyəti ilə bağlı mindən artıq, şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportlarının dəyişdirilməsi ilə bağlı 2 mindən artıq müraciət qeydə alınıb. Bunula yanaşı digər xidmətlərimizdən olan sürüclük vəsiqəsinin dəyişdirilməsi ilə 153 vətədaş müraciəti qeydə alınıb.