• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 30.05.2019 12:30

Direktorlara göstəriş və tövsiyələr verilib

KepezTV Player

Qazax, Ağstafa və Tovuz rayonları üzrə təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyəti müzakirə edilib. “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışılıb. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva məktəblərin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini diqqətə çatdırıb. Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətinə də toxunulub, təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacibliyi qabardılıb, məktəb rəhbərlərinə göstəriş və tövsiyələr verilib. Yerli təhsil şöbələri tərəfindən görülən işlər və müəllimləri maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.