• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1795
— 28.05.2019 20:21

Samux rayonunda 28 may Respublika günü qeyd olunub

KepezTV Player

Samux rayonunda 28 may Respublika günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Şərqdə ilk müstəqil dövlət olan Azərbaycan Xalq Cümhüriyyətinin yaranmasından, 23 aylıq içtimai-siyasi fəaliyyətindən ətraflı danışıblar. Əminliklə vurğulanıb ki, bu gün qazanılan müstəqilliyimiz daha etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan hazırda regionun inkişaf etmiş qüdrətli dövlətidir. Respublikamızın üçrəngli bayrağı dünyanın ən mötəbər beynəlxalq təşkilatlarında dalğalanır. Aqrar rayon olan Samux da günbə-gün öz inkişaf templərini artırır. Rayonda yeni tərbiyyə müəssisələri, məktəb binaları və səhiyyə ocaqları inşa olunur. Kənd təsərrüfatında məhsul istehsalı artır. Çıxışlarda müstəqilliyimizin əbədi olacağına əminlik ifadə olunub.