• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 28.05.2019 21:14

Tarixi günün əhəmiyyəti...

KepezTV Player

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bir əsrdə iki dəfə müstəqillik əldə edən Azərbaycan, 1918-ci ilin məhz bu günü ilk dəfə bu tarixi nailiyyətə müvəffəq oldu. 28 May nəinki Azərbaycanın, bütün Şərqin tarixinə qızıl hərflərlə yazılıb.

Azad Bayramov tarixçi: Biz Azərbaycan xalqı hər zaman fəxr edirik ki, məhz 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqilliyinə qovuşdu. Dünyada ilk olaraq, müsəlman ölkələri içərisində özünün Cümhuriyyətini yaratdı. Azərbaycan xalqı müstəqilliyə layiqdir və müstəqilliyi yaşaya bilər.

1918-ci il 28 may tarixi. Azərbaycan xalqının şanlı, qürurverici, səhifəsi. Üzərindən 101 il ötməsinə baxmayaraq, bu gün də hər bir ölkə vətəndaşı tarixi günü hörmətlə və fəxarətlə anır.

Müstəqilliyin əhəmiyyəti nədir? Müstəqillik bizə nə verir?

Sahib İbrahimli ziyalı: Əgər biz kimlərdənsə asılı olsaq, burda hansı müstəqillikdən söz gedə bilər. Onda bu da bizim öz dilimiz olmaz, atributlarımız, gerbimiz, bayrağımız, milli kimliyimiz olmaz. Bax bu mənada milli müstəqillik son dərəcə vacibdir".

Azərbaycan xalqı müsəlman ölkələri arasında ilk olaraq, özünün cumhuriyyətini yaratdı. Və bununla da müstqilliyə layiq olduğunu bütün dünyaya göstərdi.

Azad Bayramov tarixçi: AXC-nin ilk dövrlərdən müstəqil dövlətin iqtisadi, siyası, mədəni, təhsil, elm sahəsində gördüyü işlər müstəqil bir dövlətin yaranması üçün böyük bir baza rolunu oynadı. Çox keçmədi ki, Sovet Rusiyası cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətini 1920-ci il aprel ayının 28-də süquta uğratdı".

40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq daha yaxşıdır – deyirdi Babək. tariximiz, milli qəhrəmanlarımız da göstərir ki, biz daim azad olmaq, müstəqil yaşamaq istəmişik. Təəssüf ki, bu yalnız istəklə verilən hədiyyə deyil. Onu qazanmaq, qorumaq, sevmək lazımdır. Müstəqilliyimizin, suverenliyimizin daim möhkəm, tezliklə bütün torpaqlarımızın azad olması arzusuyla... Bayramımız mübarək!