• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 719
— 28.05.2019 17:45

800-ə yaxın tələbə üçün yataqxana

KepezTV Player

Məcburi köçkünlərin yeni şəhərciyə köçülülməsi Gəncə Dövlət Universtetinin tələbə şəhərciyindəki yataqxana binalarının əsaslı təmiri üçün imkan yaradıb. 3 binada edilən layihə dəyişikliyi nəticəsində 2-3 nəfərlik otaqlar,böyük kitabxana, 300 nəfərlik yeməkxanadan istifadə mümkün olacaq.Hazırda binaların dam örtüyü yenilənir.

Vidadi Bayramov GDU-nun tikinti üzrə mühəndisi: Ümumi obyektin smeta dəyəri 8 milyon 362 min manat təşkil edir. Obyektdə müasir tipli qazanxana, 250 kubluq 3 ədəd su hovuzu, idman meydançası, müasir nəzarət buraxılış məntəqəsi, tikintisi nəzərdə tutulub. Binanın həyətində də abadlıq quruculuq işləri görüləcəkdir.

Bundan başqa universtetin 5-ci korpusunun yaxınlığında olan 260 yerlik yataqxana binası da əsaslı təmir olunacaq. Əldə edilən razılaşmaya əsasən işlərin yaxın günlərdə başlamaq nəzərdə tutulub. Bayan küçəsindəki yataqxana binası isə Xocalıdan olan məcburi köçkünlər yeni evlərə köçürüldükdən sonra yenilənəcək. Yataqxana binalarının tələbələrin ixtiyarına verilməsi regiondan olanların mənzil və sosial çətinliklərini aradan qaldıracaq.

Kərəm Ağayev tələbə: Bu hamını çox sevindirir. Kənrdan gələn tələbələr üçün bu böyük bir işdir.

Vüsal Rəcəbov tələbə:Gələcəkdə bizim tələbələr üçün bu yataqxananın olması yaxşıdır. Başqa yerdə kirədə qalmağımızdan bu yataqxanada qalmaq çox gözəldi.

Gəncə Dövlət Universtetində 6300-ə yaxın tələbə təhsil alır ki, onların da yarıdan çoxu bölgələrdən gələnlərdir.

 

Elnur Vahidoğlu