• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1913
— 28.05.2019 17:36

Kəlbəcər rayon ictimayyəti də Xalq Cumhuriyyətinin 101 illiyi ilə bağlı tədbirdə bir araya gəlib

KepezTV Player

Kəlbəcər rayon ictimayyəti də Xalq Cumhuriyyətinin 101 illiyi ilə bağlı “Şərqin ilk demoktarik  Respublikası - Azərbaycan Xalq Cümhuriyyəti”  mövzusunda reallaşan tədbirdə bir araya gəlib. Mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlərdən danışılıb, Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunu olaraq dəyərləndirilib. Dövlətçilik ənənələrinin formalaşdırılması Azərbaycanın indiki müstəqilliyi üçün hüquqi zəmin yaratdığına diqqət çəkilib. Təsadüfi deyil ki, müasir Azərbaycan Xalq Cümhuriyyətinin varislik prinsipinə əsaslanıb və ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində demokratik və hüquqi dövlət quruculuğu mümkün oldu. 2018-ci ilin ölkəmizdə cümhuriyyət ili elan olunması xalq cümhuriyyətinə verilən dəyər kimi qiymətləndirilib.

 

Elnur Vahidoğlu