• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1949
— 28.05.2019 17:31

Xalq Cümhuriyyəti müstəqil dövlətçiliyimizin əsaslarını yaradıb

KepezTV Player

Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olan Azərbaycan Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin böyük xidmətləri olub.  Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbçilərin adları xalqımızın yaddaşına əbədi həkk olunub. Bu barədə Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ildönümü münasibətilə Gəncə Dövlət Universitetində reallaşan tədbirdə bildirilib. Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi kimi qiymətləndirilib. İlk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyəti vurğulanıb. Xalqımızın yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdığına diqqət çəkilib.