• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 28.05.2019 16:20

Aşma təhlükəsi olan ağaclar aşkarlanıb

KepezTV Player

Bir neçə gündür Azərbaycanın Qərb bölgəsində əsən güclü külək Gəncədə çox sayda ağacı aşırıb. Çoxillik ağaclar şəhərin Yeni Gəncə, Abbas Səhhət, 1-ci və 3-cü mikrorayonlarının ərazilərində küləyin gücünə tab gətirməyib. Aşan ağaclar əsasən Kanada Qovağıdır ki, bunu da mütəxəsislər nisbətən kövrək və inkişaf dövrünü tez başa vuran bitgilər kimi xarakterizə edirlər. Küləyin təsirindən yıxılan ağaclar öz növbəsində fəsadlarada yol açıb. Bəzi küçə və prospektlərdə işıq dirəklərini aşırıb, elektrik xətləri sıradan çıxarıb, binaların dam örtüyünü dağıdıb. Operativ tədbirlərlə yıxılan ağaclar kəsilərək ərazidən götürülüb. Analoji təbiət hadisələri zamanı oxşar halların baş verməməsi üçün Gəncə şəhər yaşıllaşdırma şöbəsi, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi ilə birgə tədbirlərə başlayıblar. Aparılan baxış zamanı 250-ə qədər aşma təhlükəsi olan ağac aşkar edilib. Təhlükəli ağaclarla bağlı vətəndaşlar tərəfindən də yaşıllaşdırma şöbəsinə müraciətlər olunub.

Rizvan Quliyev baş aqronom:Vətəndaşlar tərəfindən əsən küləklə bağlı hardasa 50-dən çox müraciət olub. O demək deyil ki, ağac aşan kimi vətəndaş öz narazılığını bildirir. Hətta vətəndaşların əksəriyyəti ağacın aşma təhlükəsindən qorxaraq zəng edərək əvvəlcədən bizi xəbərdar edirlər. Bizdə həmin ağaclara yerində baxış keçiririk, rəyimizi veririk. Əgər həqiqətən qəzalıdırsa tədbir görürük.