• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1793
— 28.05.2019 17:09

Qəza ölümlə nəticələndi

KepezTV Player

Göygöl rayonunda yol qəzası baş verib. Yeni Qızılca kəndində "VAZ-2106" və "VAZ-21011" markalı iki avtomobil toqquşub. Nəticədə hər iki sürücü Şamo Zeynalov və Elməddin Abbasov xəsarət alıb. Onlar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra hər iki şəxs ambulator müalicəyə buraxılıb. Avtomobillərdən birinin sərnişini Qənifə Quliyeva isə hadisə yerində ölüb. Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.