• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 28.05.2019 12:31

Zərər verməsinlər deyə məhv edilirlər

KepezTV Player

Artıq bir neçə gündür ki, Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları ölkə ərazisində mərakeş çəyirtkələrinin təhlükəli həddə çatması ilə bağlı proflaktik tədbirlərə başlayıb. Kimyəvi mübarizə işləri Samux, Göygöl və Şəmkirdə aparılır. Bu günə kimi həmin rayonlarda 1540 hektar sahənin min hektarında dərmanlama işləri başa çatdırılıb. Bu məqsədlə Samux rayonunun zərərvericilərlə daha çox sirayətlənmiş ərazilərində kimyəvi mübarizə işlərinə start verilib. Zərərvericinin əsasən əkin sahələrinə yaxınlaşmaqda olan sürüləri məhv edilib. Meşə massivində çəyirtkələr üçün müntib sayılan ərazilər dərmanlanıb.

Sərxan Kazmov sakin:1 aya yaxın olar ki, Qırmızı Samux inzibati dairəsi ərazisində çəyirtgələrin çoxluğu müşahidə olunur. Bunlarda bildiyimiz kimi əkin sahələri üçün çox təhülkəlidir. Bunların yem bazası tükənəndə əkin sahələrinə hücum edirlər. Aidiyyatı qurumları tərəfindən bu zərərvericilərə qarşı aparılan mübarizə işlərinə bizdə dəstək oluruq ki, əkin sahəmiz sirayətlənməsin.

Səhraf Lətifov sakin: Çəyirtgə bizə ziyan vuranda sahəlrədə məhsuldarlqı çox aşağı düşür, məhsul götürə bilmirik bizə ziyan vurur. Bu gün bunu qarşısını alınması üçün tədbirin aparılması çox vacibdir.