Nissan şirkəti ProPILOT sistemini daha da təkmilləşdirib. Buraya magistral yolda əlsiz idarə olunan yarıavtonom rejim daxil edilib. Yeni texnologiya payızdan tətbiq olunmağa başlayacaq. Şosseli avtopilot hələlik yalnız müəyyən yollarda işləyir və sərbəst şəkildə avtomagistrala daxil ola, ya da ordan çıxa bilmir. Sistemi aktivləşdirmək üçün sürücü naviqasiya sistemində gedəcəyi marşrutu təyin etməlidir. Bundan sonra sistem avtomobili zolaq boyu hərəkət etdirir. O hətta ötmə əməliyyatlarını da yerinə yetirmək iqtidarındadır. İlk dəfə bir zolaq üzrə şütüyən maşında sürücüyə sükanı tutmamaq icazə verilib. Amma istənilən manevr üçün səsli xəbərdarlıq edilir. Avtopilotun işi üçün bir dəst kameralardan, radarlar, ultra səsli sensorlar, GPS və yüksək keyfiyyətli 3D kartdan istifadə olunur. Bundan başqa sistem mütəmadi olaraq sürücünün yolu izləyib-izləmədiyini yoxlayır. Avtopilotun bir sıra məhdudiyyətləri var: o iki tərəfli avtomagistralda və ödənişli yollarda işləmir. Analoji kompleksdən Super Cruise adında Cadillacda da var.
- Baxış: 675