KepezTV Player
Sabirabad sakini balıq tutan zaman ölüb. Hadisə rayonun Zəngənə kəndinin ərazisində baş verib. 49 yaşlı Elmi Əliyev balıq tutmaq üçün həmin kəndin ərazisindən keçən su kanalına gəlib. İlkin məlumata görə, o, balıq tutan zaman qəfil halı pisləşib və dünyasını dəyişib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabirabad rayon şöbəsinə yerləşdirilib. Elmi Əliyevin hansı səbəbdən öldüyü hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 608