Frankfurt yaxınlığında Almaniyada ilk dəfə elektrikli avtoban istifadəyə verilib. O, elektrik qəbuledicilərlərlə təmin olunmuş yük maşınları üçün nəzərdə tutulub. Elisa adını almış layihəni Siemens şirkəti ərsəyə gətirib. Test xarakterli 10 kilometrlik avtoban Frankfurtun beynəlxalq aeroportu ilə Darnştadt rayonunun sənaye parkı arasında quraşdırılıb. Dizel-elektrikli hibrid güc sisteminə malik yük maşınları trolleybuslar kimi xüsusiyyətlərə malikdir. Yalnız elektriklə belə avtomobillər saatda 90 kilometr sürət yığa bilir. Ekoyükmaşınları “Simens”lə Scania və Volkswagen konserni ilə birgə hazırlanıb. Deyilənə görə, bu yolla analoji maşınların ifraz etdiyi emissiya tullantıları 6 milyon tona qədər azalacaq. 40 tonluq trolleybus yük maşınları belədə yanacağa görə də 20 min avro qənaət edəcək. Layihənin gerçəkləşməsi üçün 14,6 milyon avro xərclənib. Sınaqlar 2022-ci ilədək davam edəcək.
- Baxış: 502