Asus Zenfone 6 smartfonu istifadəçilərə istədiyi gücü verməyə hədəflənən dizaynda hazırlanıb. 9.2 mm incəliyində olan telefon 6.4 düymlük ekranın yuxarı hissəsində yerləşən oyuq olmayan ekran ilə istifadəyə verilib. Asus ön kameranı ekranın üst hissəsindən aradan qaldıraraq 48 MP + 13 MP dəyərində iki kameranı tətbiq edib. Başqa sözlə telefonun arxa kamerası ön kamera kimi də istifadə edilə bilər. Qatlana bilən ön kamera dayanıqsız kimi görünsə də Asus ön kameranın mexanizmini yetərincə sınaqdan keçirib. Telefonun ön kamerasının 100,000 dəfə yoxlanıldığını bildirən şirkət gündə təqribi 28 selfie edən birinin 5 il boyunca heç bir problemlə qarşılaşmayacağına zəmanət verir. Bundan əlavə saniyədə 60 görüntü və 4K video çəkə biləcəyiniz telefon selfie rejimində olduğu zaman görüntü sabitləyici funksiyasından da yararlanmaq mümkündür. Panorama, hərəkət izləyici, təkmilləşdirilmiş HDR + və gecə rejimi də kameranın xüsusiyyətləri sırasına daxildir. 6.4 düymlük IPS LCD ekranı telefonun 92% -ni təmsil edir. Ekran həmçinin Gorilla Glass 6 tərəfindən qorunur. Telefonun arxasında barmaq izi oxuyucusunun olduğunu da müşahidə edə bilərik. Telefon Snapdragon 855 ilə təchiz edilib və 8 GB RAM və 256 GB daxili yaddaşa sahibdir. Bundan əlavə Asus yaddaş kartları yaxud ikinci SIM kartı yerləşdirmək arasında seçim variantı etmək əvəzinə ikili SIM və yaddaş kartlarını quraşdırmaq üçün 3 yuva tətbiq edib. Telefonun gücünə nəzər yetirsək böyük bir 5,000 mAh batareyanı görə bilərik. 18W-luq bir enerji sürətinə malik cihaz naqilsiz yükləmə rejimini dəstəkləməsə də şirkət telefonun batareyasının daha uzun ömürlü olması üçün belə təşkil olduğunu bildirib. Yaxın günlərdə Avropada satışa çıxarılacaq model 500 avroya təklif olunacaq.
- Baxış: 614