• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2212
— 17.05.2019 11:50

Törədici toxumlar xaricə satıla bilər

KepezTV Player

Dövlər Aqrar İnkişaf Mərkəzlərinin nəzdində olan heyvandarlıq sektorlarında süni mayalandırma nümayəndəlikləri yaradılacaq. Fermerlərin törədici toxumlarının almasına maraq arağı Süni Mayalanma Mərkəzini də hərəkətə keçirib. Törədici toxumların xaricdə satışı da həyata keçiriləcək.

Ölkəmizdə mal-qaranın damazlıq cins tərkibinin dəyişdirilməsi və məhsuldar cinslərin yaradılması üçün ötən il 157 min 139 baş iri heyvan süni mayalanma yolu ilə mayalanıb. Həmin heyvanlardan isə 90 minə yaxın buzov alınıb və onlardan da 70 min buzova 100 manat subsidiya verilib. Respublikamızda heyvanların süni mayalanması isə ötən illərə nisbətən 20 faizə yaxın çoxalıb. Fermerlərin marağının artmasını və onların məsafə baxımından işini daha da asanlaşdırmaq üçün mərkəz tərəfindən mühüm addımlar atılacaq.

Ramiq Abbasov - Respublika Süni Mayalama Mərkəzinin direktoru: Yaxın günlərdə Dövlər Aqrar İnkişaf Mərkəzlərinin nəzdində heyvandarlıq sektorların da nümayəndəliklər yaradaq və bizim bölgələrdə toxumlarımız daha da asanalşsın, müasirləşsin. Fermerlər bundan əziyyət çəkməsin. Biz ayda bir dəfə bir bölgəyə gediriksə bizim həmin bölgədə nümayəndəlik olarsa bir bölgəyə 2-3 min doza toxum aparırsa nümayəndə olarsa bank yaradarıq 5 min doza toxum apararıq fermerdə oradan götürüb heyvanını mayalandırar.

Həmçinin yerli cinslərin yetişdirilməsi və inkişaf etdilməsi üçün mərkəzə yerli törədici buğların da gətirilərək saxlanması planlaşdırılır.

Ramiq Abbasov - Respublika Süni Mayalama Mərkəzinin direktoru: Gələcəkdə fermerlərin arzularını nəzərə alaraq istəyirik ki, mərkəzimizdə Azərbaycan mühitinə uyğun olan zebu cinsinin buğaları olsun. Limuzin cinsinin buğaları olsun. Əsas işimiz fermerlərlə işləməkdir. Gələcəkdə həmçinin xarici ölkələrə də çıxıb, törədici toxumların satışını da həyata keçirmək istəyirik )) ((K/A)) Mərkəzdə hər buğadan gün ərzində 2 dəfə törədici toxum götürülür. Götürülən toxumlar laboratoriyada yoxlanıldıqdan sonra fermerlərə satılır. Bir heyvanın süni mayalandırılması isə fermerə 30-40 manata başa gəlir.

İslam Əliyev - Mərkəzin baş baytar həkimi: Xüsusi kantarerar var orada mənfi 196 dərəcədə illər boyu saxlana bilər. Oradan da texniklər lazım olduqca satış edirlər.

Əlövsət Atakişiyev - sürücü: Toxumları çatdırmaq üçün bizim maşında avadanlıqlar, laboratoriya var. Onları yerində analizdən keçiririk. Kimraskop vastəsi ilə yoxlayıb yerində başa salırıq, layiqincə təmin edirik.

Mərkəzdə hazırda Almaniya, Avstriya və Fransadan gətirilən 6 cinsdə 38 baş törədici buğa var. Bu buğalar ətlik və südlük cinslərdir.

 

Elnur Vahidoğlu